قاراسئودا        Qarasevda | تیر ۱۳۸۹

قاراسئودا        Qarasevda

Gözləri sel ortasında əl qol çalan , Tanımadığı birinin gözlərinə ilişti

 

qarlı havada

araba birin yerə yaxandan sonra

başmağımın bağına ilişən qarışqa ilə

ortalıqdan yox oldum

yolun sonu ikiyə ayrılırdı

ayaq izi olmayan yola ayaq qoydum

arxamca

ayaq izlərimə qar yağirdi

qarın çox yağmasından yol itmişdi

daha mənə hər yan yol olmuşdu

gecə qaranlığında

dəniz qırağında dayanan

bir gəmiyə sıxılıb yatdım

oyandığımda

dənizin ortasından baş çıxartdım

başmağıma ilişən qarışqa

yox olmuşdu

və mən

nədən yola çıxdığımı düşünürdüm

نوشته شده در یکشنبه سیزدهم تیر ۱۳۸۹ساعت 0:44 توسط محمد صفری| |

Design By : Night Melody